Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
"Report"un məlumatına görə, VII turda Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşan Erhan Tokerin baş məşqçi olduğu komanda rəqibinə uduzub - 93:97.
G qrupunun matçı Bakı İdman Sarayında keçirilib.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 7 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 8 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.