"Xilasedici" CEV Çempionlar Liqasında növbəti oyununu keçirib

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" kollektivini qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.

Xatırladaq ki, "Xilasedici" II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" klubunu məğlub edib.

Digər xəbərlər