FIBA Avropa Kuboku: "Neftçi" Latviya klubu ilə matçda məğlubiyyətlə üzləşib

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, H qrupunun VII turunda Latviyada "Riqa"nın qonağı olan "ağ-qaralar" rəqibinə uduzublar - 55:96.

Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 8 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.

Digər xəbərlər