Azərbaycan və Özbəkistan Ekspert Şurasının ikinci görüşü ilk növbədə, nəqliyyat və logistika sahələrində əməkdaşlığın davamlı inkişafının göstəricisidir.
“Report” xəbər verir ki, bunu "Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasının inkişaf strategiyası" layihəsinin rəhbəri, "Özbəkistan Dəmir Yolları" SC-nin sədrinin birinci müavininin müşaviri Umidulla İbrahimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın nəqliyyat xidmətləri ixracının artması da bu tendensiyaya dəlalət edir.
"Bugünkü görüş Mərkəzi Asiya və Cənubi Qafqaz arasında logistika sahəsində əməkdaşlığın və əlaqələrin dərinləşdirilməsi istiqamətində müxtəlif təşəbbüslərin davam etdirilməsinə töhfə verəcək", - o, sonda qeyd edib.