Azərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton yük daşınıb.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, və avtomobil nəqliyyatı ilə isə 8 milyon 490,6 min ton yük daşınıb.

9 ayda "Cənub-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447 min ton, "Şimal-Qərb" ilə 3 milyon 886,9 min ton, "Şimal-Cənub" ilə 6 milyon 867,2 min ton, "Şərq-Qərb" ilə 14 milyon 741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7 milyon 507,2 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 %-ni tranzit yüklər təşkil edib.

Digər xəbərlər