Belqrad-Budapeşt dəmir yolunda sərnişindaşımanın başlanılması təxirə salınıb

Belqrad–Budapeşt dəmir yolu xəttində sərnişindaşıma dekabrın 13-də başlamayacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, buna səbəb Çin podratçı şirkətinin qatarların hərəkətini idarəetmə sistemində təmir işləri aparmasıdır.

Bu barədə Macarıstan hökumətinin nəqliyyat və investisiyalar naziri David Vitezi məlumat verib.

Onun sözlərinə görə, hazırda iki paytaxt arasında dəmir yolu xəttində sərnişindaşımanın başlayacağı dəqiq tarixi müəyyənləşdirmək mümkün deyil.

Nazir bildirib ki, son həftələrdə Budapeşt–Belqrad dəmir yolu xəttində Macarıstanın dəmir yolu sistemləri tarixində görünməmiş miqyasda hərtərəfli sınaqlar keçirilib.

Digər xəbərlər