Amerikanın "SpaceX" şirkəti daşıyıcı raketi sınaq uçuşuna buraxıb və uçuş başa çatdıqdan sonra ilk dəfə olaraq "Starship" kosmik sisteminin ikinci pilləsinin tutulmasını həyata keçirmək niyyətindədir.
"Report" xəbər verir ki, yayım şirkətin "X" səhifəsində aparılır.
Raket ABŞ-nin Şərq sahili vaxtı ilə 17:48-də (Bakı vaxtı ilə 14 noyabr 02:48-də) Texas ştatındakı "Starbase" kosmodromunun meydançasından start götürüb. Sınaq uçuşu zamanı şirkət V3 versiyalı 26 "Starlink" peykini yerləşdirməyi nəzərdə tutur.
Əvvəllər "SpaceX" yalnız birinci pillənin – "Super Heavy" daşıyıcı raketinin idarə olunan tutulmasını həyata keçirirdi, "Starship" gəmisinin özü isə suya eniş edirdi.