Almaniyanın "Bavariya" klubunun hücumçusu Luis Diasın cəzasının müddəti azaldılıb.
"Report" xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda, PSJ ilə matçda (1:2) aldığı qırmızı vərəqəyə görə 3 oyunluq cəzalandırılan futbolçunun cəzası Münhen təmsilçisinin müraciətindən sonra 2 matça endirlib.
L.Dias oyun zamanı Əşrəf Hakimiyə qarşı ciddi qayda pozuntusuna yol vermiş və rəqibin topuğunun zədələnməsinə səbəb olmuşdu. Forvard yalnız dekabrın 9-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda, "Sportinq"lə (Portuqaliya) görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Bavariya" - "Sportinq" matçı dekabrın 9-da, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.