Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçına çıxıb.
"Report"un məlumatına görə, yığma bu gün Çexiya ilə üz-üzə gəlib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbayca millisi bu rəqiblə keçirdiyi ilk görüşdə məğlub olmuşdu - 1:2. Komanda növbəti matçını noyabrın 8-də Bakıda Latviya millisinə qarşı keçirəcək.