"Barselona"nın futbolçusu Jül Kunde "Atletiko" ilə oyunu da buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde "Atletiko"ya qarşı keçirəcəkləri La Liqanın XII turunun oyununu da buraxacaq.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, buna cinah müdafiəçisinin sol topuğundakı güclü ağrılar səbəb olub.

Oktyabrın ortasında sıradan çıxan 27 yaşlı fransalı oyunçunun bərpa prosesi nəzərdə tutulandan daha uzun çəkir. O, Fransa yığmasının UEFA Millətlər Liqasında Türkiyə və İtaliya ilə qarşılaşmalarında da iştirak etməyəcək.

Xatırladaq ki, Jül Kunde cari mövsüm bütün turnirlərdə 8 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl Rodrinin də "Atletiko" ilə görüşdə meydana çıxmayacağı açıqlanıb.

Digər xəbərlər