Ağdamda futbol üzrə "Zəfər naminə-Birlik Kuboku" keçirilir

Ağdam rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə futbol üzrə "Zəfər naminə-Birlik Kuboku" təşkil olunub.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, dünən start götürən yarışda Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən 8 komanda ("Ağdam", "Füzuli", "Xocavənd", "Mübariz", "İmarət", "Ağdam Təhsil", "Zəfər Bağları MMC" və "Agro-Lid MMC") iştirak edir.

Matçlar Ağdam şəhərində yenidən inşa edilən 1 saylı tam orta məktəbin meydançasında keçirilir.

Turnirin təşkilində əsas məqsəd Zəfər Gününün ruhuna uyğun olaraq birlik və həmrəyliyin təşviqi, müxtəlif müəssisə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.

Digər xəbərlər