Portuqaliya millisini tərk edən Ronaldu üçün xüsusi tədbir təşkil olunacaq

Portuqaliya millisindəki karyerasını başa vuran Kriştianu Ronaldu üçün vida mərasiminin təşkili planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bunun tammiqyaslı bir vida oyunu, yoxsa başqa formatda tədbir olacağı hələlik dəqiqləşməyib:

"Federasiyamız bu gedişi lazımi hörmət göstərmədən ötürmək niyyətində deyil. Kriştianu Ronaldunun möhtəşəm karyerasına layiq bir tədbir təşkil etməkdə qətiyyətli və səmimiyik. Bu tədbir azarkeşlərə və bütün xalqa, bizə saysız-hesabsız töhfələr vermiş bu futbolçuya minnətdarlıqlarını ifadə etmək və onunla vidalaşmaq üçün növbəti imkan yaradacaq".

Xatırladaq ki, K.Ronaldu bu gün milli ilə vidalaşdığını açıqlayıb.

Digər xəbərlər