"Xocavənd" komandası "Zəfər naminə" futbol turnirinin qalibi olub

Ağdamda futbol üzrə keçirilən "Zəfər naminə" birlik kubokunun qalibi müəyyənləşib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, yarışda Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən 8 komanda iştirak edib.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş yarışı 2 gün davam edən mübarizənin finalında "Xocavənd" və "Agro - Lid MMC" komandaları qarşılaşıb.

Gərgin idman mübarizəsilə keçən qarşılaşmanın yekununda 5:2 hesabı ilə qələbə qazanan "Xocavənd" komandası turnirin qalibi olub. Komandaya kubok təqdim edilib.

Digər xəbərlər