ADDA ilə BP arasında əməkdaşlığın əsası qoyulub

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə BP arasında Əməkdaşlıq Sazişi imzalanıb.

"Report" ADDA-ya istinadən xəbər verir ki, sazişi ADDA-nın rektoru vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirən bu sazişin məqsədi Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq potensialını və təhsil-sənaye əməkdaşlığını dəstəkləməkdir.

Sənədin imzalanması tədbirində ADDA ilə BP şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra qonaqlar Akademiya ilə tanış olublar.

Digər xəbərlər