Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçirilir

Tbilisidə Azərbaycan universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Azərbaycanın Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Sərgidə Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbirin əsas məqsədi Gürcüstanda yaşayan şagirdləri, abituriyentləri, tələbələri və valideynləri Azərbaycanın ali təhsil sistemi, universitetləri, ixtisasları və qəbul imkanları barədə məlumatlandırmaqdır.

Ziyarətçilər universitetlərin nümayəndələri ilə birbaşa görüşür, tədris proqramları, qəbul qaydaları, təqaüd imkanları və tələbə həyatı barədə məlumat alırlar.

Sərgisi saat 18:00-dək davam edəcək.

Digər xəbərlər