Deputat: Dərsliklərin nəşrinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı hesabatlar təqdim edilməlidir

Dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ətraflı və şəffaf hesabatlar təqdim edilməlidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, bu məsələ ilə bağlı ekspertiza komissiyasının yaradılmasına ehtiyac var:

"Dərsliklərin qiymətləndirilməsi prosesinə ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin, ziyalıların real təsiri təmin edilməlidir ki, məzmun keyfiyyətinə nəzarət güclənsin. Bizdən gözlənilənlər büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə, uşaqların təhsil keyfiyyətinə və milli uğuruna necə xidmət etdiyinə nəzarətin təşkilidir".

Digər xəbərlər