Minaxanım Babayeva: Zəfər bayramı Azərbaycan tarixinin ən parlaq səhifəsidir

Zəfər bayramı Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.

Bu barədə "Report"a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva bildirib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin düzgün siyasəti, eləcə də ordunun cəsarəti və şücaəti nəticəsində qələbə ilə başa çatıb.

M. Babayeva vurğulayıb ki, bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir: "Azərbaycan xalqı bir yumruq kimi bu mübarizədən üzüağ çıxdı. Bu parlaq qələbə hər bir vətəndaşın qəlbində xüsusi məna kəsb edir".

Onun sözlərinə görə, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi də Zəfər Gününə həsr olunmuş tədbirə xüsusi hazırlaşıb. Bu dəfə konsert proqramı ilə yanaşı, teatr tamaşası da təqdim ediləcək.

Dosent bildirib ki, tədbir tamaşa-konsert formatında təşkil olunacaq: "Vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə yanaşı, aktyorların ifasında Qarabağ mövzusunu əks etdirən, qaranlıqdan işığa doğru uzanan tarixi yolun təqdim olunduğu səhnə kompozisiyası nümayiş etdiriləcək".

Digər xəbərlər