Kənan Kərimzadə: Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb

Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb.

"Report" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakıda keçirilən "PeşəFest 2026" layihəsinin bağlanış mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, son illərdə peşə təhsilinin keyfiyyəti ilə bağlı böyük işlər görülüb:

"Bu tədris ilində 28 min şəxs peşə təhsilinə cəlb olunub. Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb. Peşə təhsili sahəsində artıq qadınların da sayı artıb. Peşə təhsili sahəsində qəbulun 70 faizi regionların payına düşür. Regionlarda müasir standartlara malik mərkəzlər fəaliyyət göstərir".

Digər xəbərlər