İdris İsayev: Azərbaycanın 10 universiteti QS reytinqində TOP 1000-likdə yer alır

Azərbaycanın 10 ali təhsil müəssisəsi QS beynəlxalq reytinq agentliyinin dünyanın ən yaxşı 1000 universiteti siyahısına daxil edilib. Onlardan üçü ilk 800-lükdə qərarlaşıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Tbilisidə keçirilən Azərbaycan universitetlərinin təhsil sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində tədris proqramlarının müasirləşdirilməsi, maddi-texniki bazanın genişləndirilməsi və akademik potensialın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir:

"Məqsəd təhsilin keyfiyyətini yüksəltmək və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaqdır. Hətta Azərbaycan universitetləri beynəlxalq rəqabət qabiliyyətlərini artıraraq beynəlxalq təhsil məkanında mövqelərini də möhkəmləndirirlər. Ancaq əsas məqsəd yalnız beynəlxalq reytinqlərdə yer almaq deyil, bilikli və bacarıqlı mütəxəssislər yetişdirməkdir".

Nazir müavini gənclərə müraciət edərək ixtisas və universitet seçiminə xüsusi diqqət yetirməyin vacibliyini də qeyd edib:

"Əmək bazarının tələbləri dəyişdikcə bəzi ixtisasların əhəmiyyəti azalır, yeni istiqamətlər və təhsil proqramları meydana çıxır".

Digər xəbərlər