Azərbaycanda toz-dumanın miqdarı sanitar normaya düşüb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda toz-dumanın miqdarı sanitar norma daxilindədir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 20-də səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

Digər xəbərlər

Sabah yağış yağacaq 05 may, 2026 / 12:39
Sabah 23 dərəcə isti olacaq 04 may, 2026 / 12:46