Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Goranboyda arabir yağış, Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Sarıbaşda (Qax) isə qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 24 m/s-dək güclənir.

Digər xəbərlər

Batabat yaylağına qar yağır 08 noyabr, 2026 / 11:16
Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26