Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 5-i saat 17:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Mingəçevirdə 18 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Şabran və Qobustanda isə arabir yağış yağır.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37