Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Hacıqabul rayonunda Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan sakinləri qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, hidrometeorologiya, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20