Bugünkü dünyada iqlim siyasəti eyni zamanda inkişaf, ərzaq, enerji və şəhər siyasətidir.
"Report"un məlumatına görə, bunu COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum tədbirin açılışında deyib.
Onun sözlərinə görə, bugünkü dünyanın verdiyi mesaj budur - "sıfır nöqtəsindəyik":
"İqlim siyasəti eyni zamanda inkişaf, ərzaq, enerji və şəhər siyasətidir. Hər şeydən əvvəl isə insanın gələcəyini qorumağa yönəlmiş siyasətdir. Bir ölkədə su ehtiyatlarının azalması digər cəmiyyətlərin iqtisadiyyatına, miqrasiya proseslərinə və hətta təhlükəsizliyinə qədər uzanan nəticələr doğurur. Bir sözlə, dünya bizə çox aydın mesaj verir: artıq sıfır nöqtəsindəyik".