Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Əkiz Qüllələlərində və Atakuledə 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbriklər ünvanlanıb.
"Report"un Türkiyə bürosunun məlumatına görə, rəqəmsal reklam lövhələri Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Ankara Böyük şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.
Qeyd edək ki, ötən gündən başlayaraq Ankaranın əsas yolları və prospektləri boyunca da rəqəmsal reklam lövhələrində Azərbaycanın Zəfər günü işıqlandırılır. Reklam lövhələrində "Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!" - şüarları yazılıb.