Suriyanın Homs vilayətinin mərkəzi hissəsində ABŞ-nin iki hərbçisi və bir tərcüməçi öldürülüb.
"Report" xəbər verir ki, Pentaqon rəhbərinin köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində bu barədə məlumat yayıb.
"Bu gün Suriyanın Palmira şəhərində ABŞ ordusunun (Quru Qoşunlarının) iki hərbi qulluqçusu və bir amerikalı tərcüməçi öldürülüb, üç nəfər yaralanıb", - məlumatda bildirilib.
Məlumata görə, ABŞ-nin hərbçiləri həmin bölgədə İŞİD terrorçularına qarşı əməliyyatlara dəstək göstərirdi. Pentaqon rəsmisi Palmirada nə baş verdiyi barədə ətraflı məlumat verməyib. Onun sözlərinə görə, hazırda istintaq aparılır.
Pentaqonun rəhbəri Pit Heqset özünün "X" hesabında bildirib ki, "bu hücumu həyata keçirən vəhşi müttəfiqlərin hərbçiləri tərəfindən güllələnib. Bilin ki, əgər dünyanın istənilən yerində amerikalılara hücum etsəniz, həyatınız yerdə qalan qısa hissəsini ABŞ təqib edib sizi rəhm etmədən öldürəcək qorxusu ilə keçirəcəksiniz".
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "SANA" təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, birgə patrul xidməti zamanı silahlı şəxs əsgərlərə atəş açıb. O, dərhal öldürülüb. Hadisənin motivi ilə bağlı heç bir məlumat yoxdur.
Atışmadan sonra Deyr əz-Zor-Dəməşq avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Amerika helikopterləri yaralıları Əl-Tanf şəhəri yaxınlığında (Dəməşqdən 250 km məsafədə) ABŞ və Qərb koalisiyasının hərbi bazasına təxliyə etmək üçün hadisə yerinə gəlib.