Litva NATO-nu Rusiya ilə sərhədləri yaxınlığında bazalar yaratmağa çağırıb

NATO-nun Moskva ilə 1997-ci ildə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.

"Report" xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində deyib.

"Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, - Prezident nəşrə bildirib.

Digər xəbərlər