KİV: "Suriyadakı ABŞ hərbi bazasına hücum olub"

Suriyanın Haseke əyalətində yerləşən ABŞ-ın Harrab əl-Ceyr bazası raket hücumuna məruz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SANA informasiya agentliyi məlumat yayıb.

Bazaya ən azı beş raket atıldığı bildirilib.

Hələlik itkilər barədə məlumat yoxdur.

Digər xəbərlər