ABŞ hərbçiləri Oman körfəzində kommersiya gəmisini sıradan çıxarıblar.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"CENTCOM qüvvələri noyabrın 7-də gəminin mülki heyəti xəbərdarlıqlara məhəl qoymadıqdan və İranın dəniz blokadasını yarmağa cəhd göstərdikdən sonra Oman körfəzində onu sıradan çıxarıb", – məlumatda bildirilib.
Qeyd olunub ki, Sent-Kits və Nevis bayrağı altında üzən "Huda" yük gəmisi İran limanına daxil olduqdan sonra regional sulardan çıxmağa cəhd göstərib.
Hərbçilərin bildirdiyinə görə, gəmiyə yüksək dəqiqlikli silahlarla arxa hissəsindən zərbə endirilib.