Kolumbiyanın Bolivar departamentinin cənubunda, Santa-Rosa bələdiyyəsində yerləşən hərbi obyektə partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 3 hərbçi ölüb, daha 8-i ağır yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Kolumbiya Milli Ordusunun Birinci Diviziyası "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, hücumdan dərhal sonra müvafiq təhlükəsizlik protokolları işə salınıb, dəymiş ziyanın miqyasını və hücumun nəticələrini müəyyənləşdirmək üçün yoxlamalara başlanılıb.
Yaralı hərbçilər tibb müəssisələrinə çatdırılıb, onların müalicəsi davam etdirilir.