İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb.

Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhudi dövlətinin prezident iqamətgahında keçiriləcək səlahiyyətlərin təhvil-təslim mərasiminə dəvət olunub.

Qeyd olunub ki, səlahiyyətlərin Ayzenkota verilməsindən sonra onun yeni hökuməti formalaşdırmaq üçün 28 günü olacaq. Zərurət yaranarsa, ölkə prezidenti qanunvericiliyə uyğun olaraq bu müddəti daha 14 gün uzada bilər.

Digər xəbərlər