Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək

Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyini dəstəkləyəcək.

"Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tacikistan Prezidenti Emoməli Rahmonla danışıqlardan sonra mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyinin irəli sürülməsini müsbət qarşılayıb. Əlbəttə ki, Tacikistanın namizədliyini dəstəkləyəcəyik", - o deyib.

Tokayevin sözlərinə görə, iki ölkə arasında bütün istiqamətlər üzrə işlərin sistemləşdirilməsi üçün tərəflər 2030-cu ilə qədər Qazaxıstan və Tacikistan arasında Kompleks Əməkdaşlıq Planını hazırlayacaq və qəbul edəcəklər.

Digər xəbərlər