İraq OPEC-lə neft kvotasının artırılmasını müzakirə edir

İraq Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə ölkə üçün müəyyən edilmiş ixrac limitinin artırılması barədə danışıqlar aparır.

"Report" "Alsaa"ya istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Basim Məhəmməd Xudeyr bildirib.

Onun sözlərinə görə, ölkə gündəlik 5 milyon bareldən çox neft hasil edir, bununla belə nazirlik OPEC tərəfindən müəyyən edilmiş 4,33 milyon barel ixrac limitinə riayət edir.

B.Xudeyr qeyd edib ki, danışıqlarda Bağdad İraqın son 50 il ərzində üzləşdiyi xüsusi şəraiti və çətinlikləri nəzərə alır.

Nazirin fikrincə, kvotaların artırılması infrastrukturun inkişafı və dövlət planlarının həyata keçirilməsi üçün əlavə gəlirlər təmin etməyə imkan verəcək.

Digər xəbərlər