Azərbaycan Ukrayna ilə enerji əməkdaşlığının dərinləşdirilməsində maraqlıdır.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Ukraynanın Ujqorod şəhərində keçirilən Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclasında bildirib.
"Hökumətlərarası Komissiyasının iclasında iştirak edən Azərbaycandan olan şirkətlər, mövcud çətinliklərə və logistik mürəkkəbliklərə baxmayaraq, əməkdaşlığı genişləndirmək əzmi nümayiş etdirirlər. Hazırda burada o qədər də çox Azərbaycan şirkəti təmsil olunmur, lakin onların arasında ən əhəmiyyətli beynəlxalq oyunçular var. Bu, maraqların uzlaşdırılması, məsləhətləşmələrin və müzakirələrin aparılması, habelə konkret nəticələrin əldə olunması üçün gözəl imkanlar yaradır", - o qeyd edib.
Nazir əlavə edib ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq haqqında sənədlər, Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı etimada əsaslanan dialoqla yanaşı, iki ölkə arasında iqtisadi münasibətlər üçün möhkəm siyasi zəmin yaradır.
Xəbər yenilənir