Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səfər çərçivəsində baş tutacaq Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası və biznes forum noyabrın 5-də Ukraynanın Ujqrod şəhərində keçiriləcək.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Hökumətlərarası Komissiyanın iclası ilk dəfə bu ölkədə keçiriləcək.