Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub

Çilinin mərkəzi hissəsində sərnişin avtobusu ilə özüboşaldan yük maşınının toqquşması nəticəsində azı 12 nəfər ölüb, daha 15 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü yerli mətbuat məlumat yayıb.

Məlumata görə, paytaxt Santyaqonun qərbində, Valparaiso regionunun Santo-Dominqo bələdiyyəsi ərazisində yerləşən "Ruta de la Fruta" avtomobil yolunda yük maşını, avtobus və minik avtomobili toqquşub.

Qəza nəticəsində 12 nəfər həyatını itirib, daha 15 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Prezidentin region üzrə nümayəndəsi Manuel Milones ölənlərin sayını təsdiqləyib.

Hadisənin başvermə şəraiti araşdırılır.

Digər xəbərlər