İraq parlamenti hökumətdən ABŞ hərbi qüvvələrinin qətlə yetirdiyi İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ilə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmağı tələb edəcək.
“Report” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, parlament ABŞ hərbçilərinin ölkədə mövcudluğu ilə bağlı ayrıca iclas keçirəcək.