Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək

Fransada noyabrın 7-də keçirilməsi planlaşdırılan qiymətlərin artımına qarşı etirazlar zamanı ictimai asayişi qorumaq üçün təxminən 70 000 polis və jandarm səfərbər olunacaq.

"Report" "Le Monde" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes mətbuat konfransında bildirib.

"Təhdid səviyyəsi əvvəlki şənbə günləri ilə eynidir. Vandallar və talançılar peyda olsa, biz buna hazır olacağıq", - nazir vurğulayıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları həmçinin bir neçə planlaşdırılmamış etiraz aksiyası gözləyir.

L.Nunyes qeyd edib ki, şəhər mərkəzləri daim hüquq-mühafizə orqanlarının mühafizəsi altında olacaq.

Təhlükəsizliyi təmin etmək üçün 110 mobil bölmə, 25 zirehli maşın və 15 su şırnağı yerləşdiriləcək.

Digər xəbərlər