Keniyada dini təriqət lideri 200 il həbs cəzasına məhkum edilib

Keniya məhkəməsi dini təriqət lideri Pol Makkenzini 200 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

İstintaqın məlumatına əsasən, Makkenzi onun əmri ilə acından öldürülən 190 uşağın ölümünə görə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Makkenzi 2023-cü ildə polis onun rəhbərlik etdiyi dini qrupun fəaliyyəti barədə məlumat əldə etdikdən sonra saxlanılmışdı. Bir neçə həftə sonra hüquq-mühafizə orqanları Keniya sahillərindəki Şakahola meşəsində meyitlər aşkar ediblər.

Digər xəbərlər