Həyəcan siqnalı verən Praqa-Buxarest reysinin təyyarəsi Otopeni şəhərində (Buxarestdən 16 km şimalda yerləşir) Anri Koanda adına hava limanında uğurla eniş edib.
"Report" "Digi24"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı zəruri prosedurlara başlanılıb.
Bildirilib ki, göyərtəsində 102 sərnişin və 6 heyət üzvünün olduğu "TAROM" şirkətinin təyyarəsi daha əvvəl partlayış təhlükəsi barədə məlumat verib.