​Filippində bərənin aşması nəticəsində 33 nəfər ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Filippin sahillərində göyərtəsində 173 sərnişin olan bərənin aşması nəticəsində 33 nəfər ölüb.

"Report" "AFP"yə istinadən xəbər verir ki, bu haqda ölkə paytaxı Manilanın Sahil-Mühafizə Xidməti məlumat yayıb.

Xəbərə görə, bərə ölkənin Ormok şəhərindən Kamotes adasına doğru hərəkət edirmiş.

Hadisə yerində xilasetmə əməliyyatı başlayıb. Qəzanın səbəbləri haqda ətraflı məlumat verilməyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10