Naməlum şəxslər Almaniyanın hakim koalisiyasına daxil olan Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahını yandırıblar.
"Report"un məlumatına görə, bu barədə Münhen polisinin mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, yerli sakinlər yanğınsöndürənlə alovun qarşısını alıblar.
Hadisə ilə bağlı heç bir şübhəli saxlanılmayıb, araşdırma başlanılıb.
Yanğın zamanı xəsarət alan olmasa da, binaya maddi ziyan dəyib.