İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bilasuvar Azerbaijan Holdco" və "Banka Azerbaijan Holdco" MMC-ləri dövlət qeydiyyatına alıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlər "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onların nizamnamə kapitalı müvafiq olaraq 15 688 385 ABŞ dolları və 11 337 732 ABŞ dolları, qanuni təmsilçisi isə Qazaxıstan vətəndaşı Yernur Jıyenbayevdir.