Azərbaycan və BMT arasında "yaşıl iqtisadiyyat" və rəqəmsal transformasiya sahəsində layihələri müzakirə olunub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşdük. Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın mövcud vəziyyətini və növbəti mərhələ üçün prioritet istiqamətləri nəzərdən keçirdik. İqtisadi şaxələndirmə, "yaşıl iqtisadiyyat"a keçid, rəqəmsal transformasiya, sahibkarlığın və insan kapitalının inkişafı sahələrində birgə layihələrin imkanları barədə fikir mübadiləsi apardıq",- deyə M. Cabbarov qeyd edib.