"Azərsun Holdinq"in şirkəti yenidən təşkil olunur

"Azərsun Holdinq" MMC-yə məxsus "Sun Food" MMC yenidən təşkil olunduğunu elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Media Balans" MMC-nin ona qoşularaq ləğv olunmasıdır.

Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 134 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Media Balans" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 min manatdır.

Digər xəbərlər