Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 104,5 milyon ABŞ dolları dəyərində 44 min 61,5 ton ət idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,3 milyon ABŞ dolları (15,8 %), həcm baxımından isə 5,5 min ton (14,2 %) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.
10 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,5 % artıb, idxal isə 20,6 % azalıb.