Bu ilin yanvar–sentyabr aylarında Naxçıvan Muxtar Respublikasından 10,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur.
9 ay ərzində Naxçıvan məhsulları qonşu ölkələrlə yanaşı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmərlikləri və İraq bazarlarına çıxarılıb, həmçinin Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.