Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") 100 üzvü 8,5 min şəxsi işlə təmin edib.
"Report" xəbər verir ki, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.
O xatırladıb ki, "MÜSİAD Azərbaycan" 2017-ci ildən aktiv fəaliyyət göstərir, onun 8 daimi komissiyası mövcuddur.
Bildirib ki, hazırda MÜSİAD-ın isə 84 ölkədə 14 000 üzvü ilə 60 min şirkəti birləşdirir: "Gənc MÜSİAD" adlı törəmə qurumun isə 40 ölkədə 4 minə yaxın üzvü var".
R.Cabirli əlavə edib ki, hazırda MÜSUAD-ın Qarabağda da fəaliyyəti var.