Nazir: "İtaliya-Azərbaycan Universiteti akademik əlaqələrimizi möhkəmləndirəcək"

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında akademik əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

"Ötən il Bakıda fəaliyyətə başlamış İtaliya-Azərbaycan Universiteti ölkəmizdə müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək. Analoji şəkildə yüzlərlə Azərbaycan tələbəsi bu gün İtaliyanın ali təhsil müəssisələrində təhsil alır. Yeni əməkdaşlıq istiqamətlərinə toxunaraq, biz enerji sahəsində illər ərzində formalaşmış qarşılıqlı etimadın iqtisadi tərəfdaşlığımızın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını güman edirik. Və bu gün kritik xammal, rəqəmsal texnologiyalar, sənaye və biznes sahələrində əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur və bunlar, iqtisadi əməkdaşlığın sahələrinin genişləndirilməsinin ən gözəl göstəricisidir", - deyə o qeyd edib.

Digər xəbərlər

PMD Group yenidən təşkil olunur 20 noyabr, 2026 / 15:50