Nazir müavini: "Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün zəmin var"

Azərbaycan və İtaliya arasında siyasi dialoq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib ki, Azərbaycan–İtaliya münasibətlərinin uğurlu inkişafında, həmçinin institusional əməkdaşlıq mexanizmlərinin rolunu vacib hesab olunur: "Cari ilin 13 yanvarın tarixində Bakıda keçirilən Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 6-cı iclası və Komissiyanın 70-dən çox təşəbbüsünü əhatə edən 2026–2027-ci illər üzrə Fəaliyyət Planı iqtisadi tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır".

A.Axundov qeyd edib ki, ötən ay Romada İtaliya Sənaye Konfederasiyasının təşkilatçılığı ilə "İtaliya-Azərbaycan iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi" adlı tədbir keçirilib, tədbir çərçivəsində kritik xammal sahəsində strateji əməkdaşlığa dair birgə bəyannamə imzalanıb: "Bu gün həmin dialoqu Bakıda daha geniş tərkibdə, müvafiq istiqamətlər üzrə imzalanacaq sənədlərlə davam etdiririk".

Digər xəbərlər

PMD Group yenidən təşkil olunur 20 noyabr, 2026 / 15:50